48 yaşlı Cennifer Lopez səhnədə TUFAN QOPARTDI - FOTO
Bizi izləyin

Magazin2

48 yaşlı Cennifer Lopez səhnədə TUFAN QOPARTDI - FOTO

“Time” jurnalının qala gecəsində çıxışı ilə qonaqlara unudulmaz gecə yaşadan Cennifer Lopes səhnədə yenidən tufan qoparıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni dünən Las-Veqasda keçirilən “Latin Billboard Music Awards 2018” mükafatlarının təqdim olunma mərasimində iştirak edib. 48 yaşlı ulduz növbəti dəfə səhnə geyimləri və rəqsləri gündəm yaradıb.

Birincisi, sənətçinin gəlişi çox orijinal olub, tamaşaçılar səhnədə əvvəlcə şanagül formasında olan nəhəng dekorasiyanı görüb, daha sonra isə müğənni onun ləçəkləri arasından peyda olub.

İkincisi, kifayət qədər seksual obrazı ilə diqqət çəkib, müğənni yarımşəffaf qızılı bodi geyinib və ayaqyalın gəzib, onun uzun saçlarını isə qeyri-adi aksessuar bəzəyib.

Müğənninin çıxışını müşayiət edən üzü qızılı boya ilə rənglənmiş və qızılı kostyumlar geyinmiş rəqs qrupunu xüsusi qeyd etmək lazımdır. Bütün bunlar bütövlükdə çox təsirli görünüb.

Ceylo qırmızı xalça üçün parıltılı mini paltar və yüksək dabanlı gümüşü bosonojkalar seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm