Məşhurlar Kann Kino Festivalının 8-ci günündə göz qamaşdırdı - FOTO
Bizi izləyin

Magazin2

Məşhurlar Kann Kino Festivalının 8-ci günündə göz qamaşdırdı - FOTO

Dünən Kann kinofestivalının 8-ci günü baş tutub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, festivalın 8-ci günündə "Xan Solo: Ulduz müharibələri tarixi" fantastik macərası nümayiş olunub. Film gənc kosmik qaçaqmalçısı Xan Solo və onun sadiq köməkçisi Çubakkenin macəraları barədə danışır.

Gündüz ekran işinin rejissoru Ron Hovard, baş rolların ifaçıları Emiliya Klark, Vudi Harrelson və layihənin başqa iştirakçıları ilə birlikdə mətbuat konfransında iştirak edib. Axşam isə yaradıcı komanda filmin nümayişi üçün qırmızı xalçaya çıxaraq fotoqraflara poza verib.

Tədbirə Alessandra Ambrosio, Tatyana Navka, Dautçen Krez, Sara Sampayo, Mişel Rodrigez, Vinni Harlou, İzabel Qular, Lais Ribeyro, Şanina Şayk, Tonni Qarrin və başqa məşhurlar qatılıb. Hollivud gözəlləri qırmızı xaçlada cəsarətli libasları göz qamaşdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm