• USD 1,7000 0,00% EUR 2,0614 +0,23%
    • GBP 2,3949 -0,17% RUB 0,0236 0,00%

Şahzadə ilə evlənən aktrisanın ilk TOY FOTOLARI - CANLI

  • Magazin2
  • 19 May 2018 15:42
  • 1 133 Baxış
Şahzadə ilə evlənən aktrisanın ilk TOY FOTOLARI - CANLI

Bu dəqiqələrdə Müqəddəs Georgi kilsəsində şahzadə Harri və Meqan Marklın toyu keçirilir.

Publika.az xəbər verir ki, canlı yayımlanan mərasimi bütün dünyada milyonlarla insan izləyir. Qonaqlar arasında Britaniya kral ailəsinin üzvləri, həmçinin bir çox hollivud ulduzları: Amal və Corc Kluni, Devid və Viktoriya Bekhem, Serena Uilyams, Opra Uinfri və başqaları var.

Bir neçə dəqiqə əvvəl gəlin anası ilə birlikdə kilsəyə gəlib. Təəssüf ki, aktrisanın atası toyda iştirak etməyəcək. Tomas Markl səhhətindəki problemlər üzündən qızının bu əmalətdar günündə yanında olmayacaq.

Meqan Markla həyatının ən önəmli günlərdən biri üçün “Givenchy” moda evindən uzun şleyfli və uzun duvaqlı olduqca sadə paltar seçib.

Meqan gəlinlikdə kilsəyə daxil olandan sonra Harrinin ilk sözləri "Ecazkar görünürsən" olub.

Məlumat üçün bildirək ki, Meqan bir dəfə ərdə olub. O, həyat yoldaşı Trevor Enqelsonla 2013-cü ildə boşanıb. Daha sonra o, restoranlar şəbəkəsi olan Kori Vitello adlı iş adamı ilə sevgili olub.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR