Məşhur müğənni Seda Sayanı BİABIR ETDİ - FOTO
Bizi izləyin

Magazin2

Məşhur müğənni Seda Sayanı BİABIR ETDİ - FOTO

Türkiyəli müğənni Yusuf Güney qonaq olduğu Seda Sayanın verilişini tənqid edib.

Publika.az xəbər verir ki, sənətçi sosial şəbəkədə aparıcının ünvanına sərt ittihamlar yazıb. O, ekranda adının səhv yazıldığı kadrı paylaşaraq, Seda Sayan və çəkiliş qrupunu qeyr-peşəkar adlandırıb:

"Seda Sayan və televiziyadan anlamayan ağılsız qrupu, bu sözlərimi yaxşı oxuyun. Canımı təhlükəyə ataraq əsgər qardaşlarımıza 8 gündə 16 konsert verərkən, siz süni saxta dünyanızda məşhurları yaxalamaqla, kimin kimi adlatmasını öyrənməklə, kiminsə çantasının və brilyantlarının qiymətini araşdırmaqla gününüzü keçirtmisiniz.

Əsgərlər üçün dəstək konsertlərinə başlayan gündən etibarən başımın ətini yeyib proqramınıza dəvət etdiniz. 3 həftə dil tökəndə sizə dedim ki, nacizanə şəkildə gördüyüm işin mətbuatda yeri yoxdur dedim. Əsgərlər üçün verdiyim konsertlərin reklama ehtiyacı olmadığını bildirəndə, “Yusuf bəy, sadəcə sizə özəl bir proqram olacaq, maqazin xəbərləri olmayacaq. Yeganə qonaq siz olacaqsınız” söyləmişdiniz.

Konsertlərində çəkdiyim videoları qardaşlarımızın ailələri izləsin deyə, lazımsız proqramınıza qonaq kimi gəldim.

Ayıblarınızı sayıram. Birincisi, içəridə 1 saat sizin axmaq hərəkətlərinizin bitməsini gözlədim, maqazin xəbərlərini danışıb müzakirə etdiniz. İkincisi, verilişə başqa qonağı gətirtdiniz, ona da bir şey demədim, susdum, səbir etdim.

Üçüncüsü, 1 saatlıq verilişdə gələn qonağa, yəni yanımdakı centlmenə 45 dəqiqə yer verdiniz. Mənə söz vermədiniz.

Əsgərlərlə yaşadığım xoş anları danışmağa imkan vermədiniz, yenə susdum. “Qalx mahnı oxu” dediniz. On şəhidimiz var, həssas vəziyyət bizə yaraşmaz deməyimə baxmayaraq, “Heç nə olmaz, həzin mahnı oxu” deyəndə, qəlbinizi qırmadım, qalxıb oxudum. Mahnımın yarısında qəsdən reklama girdiniz, mənə, sənətimə və dinləyicilərimə böyük hörmətsizlik etdiniz, buna da susdum, bir şey demədim, mənim üçün onsuz da bitdiniz.

Bu qədər tərbiyəsizliyə susduğum artıq yetər. Sizə yazıqlar olsun".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm