Məşhur aktyor dənizdə xanımı ilə öpüşərkən YAXALANDI - FOTO
Bizi izləyin

Magazin2

Məşhur aktyor dənizdə xanımı ilə öpüşərkən YAXALANDI - FOTO

Kıvanç Tatlıtuğ həyat yoldaşı Başak Dizer ilə tətil mövsümünü açıb.

Publika.az “Hurriyet”ə istinadən xəbər verir ki, Marmarisdə qayıqla istirahətə çıxan cütlüyü narkotik vasitələrin ticarəti ilə məşğul olmaqda ittiham edilən və 4 il 2 ay həbs cəzası alan Cağatay Ulusoy müşayiət edib.

Cağatay Ulusoy baş verənlərdən sonra əhval-ruhiyyəsini qaldırmaq üçün dostları ilə dəniz turuna yollanıb. Ulusoy səhər yuxudan oyanan kimi özünü sərin sulara atıb.

Qayıqlarını yan-yana saxlayan iki yaraşıqlı aktyorlar xeyli söhbət edib, daha sonra həm dənizin, həm də günəşin dadını çıxarıblar.

Tatlıtuğ bir müddət balıq tutmağa çalışsa da, cəhdləri uğurlu olmayıb.

Tatlıtuğ və Başak Dizer bir-birilərini öpüşlərə qərq edib. Cütlüyün romantik anları kameralara əks olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm