Cem Yılmaz sevgilisiylə öpüşərkən yaxalandı - FOTO
Bizi izləyin

Magazin2

Cem Yılmaz sevgilisiylə öpüşərkən yaxalandı - FOTO

Cem Yılmazın sevgilisi Defne Samyeli ilə öpüşərkən paparatsilər tərəfindən görüntülənib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cem Yılmaz sevgilisi Dəfnə Samyeli ilə tətil mövsümünü açıq elan edib. Sevgilisini keçən il 9 milyon TL-yə (təxminən 4 milyon manat) aldığı gəmisində qarşılayan Yılmazı əsl Romeoya bənzədiblər.

Birlikdə dənizdə üzən cütlük Seabob (Sualtı Gəmi Jetskisi) də geyinib. Sevgilisinin seabob paltarını əlləri ilə geyindirən Yılmaz dənizdə şou yaradıb. Yılmazı qəhqəhələrlə izləyən Samyeli "Sevgilim, bir daha etsənə” sözlərinə aktyor "Sənin üçün edirəm" deyərək cavab verib.

Daha sonra cütlük yaxtada musiqi sədaları altında şirin söhbət edib. Məşhur komediya ustası bir ara yerindən qalxaraq sevgilisi ilə rəqs etməyə başlayıb.

Məlumat üçün bildirək ki, Defne Samyeli aktyordan bir yaş böyükdür. Cem Yılmazın 45, Defnenin isə 46 yaşı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm