Şahzadə Harrinin həyat yoldaşı geyimi ilə diqqət mərkəzində - FOTO
Bizi izləyin

Magazin2

Şahzadə Harrinin həyat yoldaşı geyimi ilə diqqət mərkəzində - FOTO

Şahzadə Harri və Meqan Markl bal ayından qayıtdıqdan sonra 9 İyunda, Londonda Rənglərin Birləşməsi (Trooping the Colour) və ya Britaniya ordusunun anım mərasimlərinin şərəfinə hər il təşkil olunan hərbi paradda iştirak edib.

Publika.az xəbər verir ki, Birləşmiş Krallıqda bu tarixdə eyni zamanda Kraliça Elizabetanın 92 yaşı da qeyd olunur.

Evləndikdən sonra Susseks Hersoqu və Hersoginyasını adını alan cütlük gözlənildiyi kimi mərasimin ən gözlənilən qonaqları olub.

Şahzadə Harri mərasimdə uniforma ilə iştirak edib. Meqan Markl isə açıq "Carolina Herrera" markasından çəhrayı paltar və "Phillip Treacy" dən şlyapaya üstünlük verib. O, obrazı ilə bir çox modapərəst xanımları ilhamlandırıb.

İngilis mətbuatının yazdığına görə, cütlüyün qısa bal ayı İrlandiya baş tutub.

Kraliçanın keçən ay göz əməliyyatı olduğu da dünən açıqlanıb.

Mərasimin digər maraq dairəsi isə Kembric Hersoginyası Keyt Middleton ilə Cornvall Hersoginyası Kamilla olub.

Paradda böyük bir yenilik də gözdən qaçmayıb. Belə ki, Kral Mühafizəçiləri arasında gedən bir əsgər digərlərindən dərhal seçilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm