Cem Yılmaz səs verdikdən sonra hər kəsi qəhqəhələrə BOĞDU – VİDEO
Bizi izləyin

Magazin2

Cem Yılmaz səs verdikdən sonra hər kəsi qəhqəhələrə BOĞDU – VİDEO

Xəbər verdiyimiz kimi Türkiyədə dünən keçirilən prezident seçkilərində AKP ilə MHP-nin qurduğu Cümhuriyyət İttifaqı Millət İttifaqına qarşı mübarizəsində zəfər qazanıb. Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan da prezident seçkilərinin ilk turunda ən çox səsi toplayaraq yeni sistemdə bunu bacaran ilk prezident olub.

Publika.az xəbər verir ki, dünənki səsvermədə sənət adamları iştirak edib. Məşhur komediya ustası Cem Yılmaz səs vermək hüququndan istifadə edib. Aktyor yaxın dostu Ozan Güvənlə birlikdə Beşiktaş Lütfi Banat İbtidai Məktəbinə gələrək səs verib.

Aktyor onu lentə alan mətbuat nümayəndələrinə "Siz kabinə keçin, mən gəlirəm" zarafatı ilə hər kəsi güldürüb. O, hər seçkidə eyni məktəbdə səs verən yaşlı vətəndaşı görəndə də "Getdikcə cavanlaşırsınız" deməsi gülüşə səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm