Ölümü ilə Türkiyəni yasa boğan gənc dəfn olundu - FOTO
Bizi izləyin

Magazin2

Ölümü ilə Türkiyəni yasa boğan gənc dəfn olundu - FOTO

Dominikanda faciəvi şəkildə öldürülən “Survivor” yarışmasının operatoru dünən dəfn olunub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çantasını almağa çalışan iki nəfərin bıçaqlı hücumundan sonra həyatını itirən Alper Baycının cənazəsi ata ocağına gətirilib və halallıq alınıb.

Gəncin anası Aynur Baycın oğlunun fotosunu öpərək “Çox gözəl baxırsan. Yaxşı ki, doğmuşam səni, hər kəsə sevgi qoyub getdin. Sən hər kəsə bir şeylər öyrətdin. Haqqım sənə halal olsun. Sən də haqqını halal et. Allah hər kəsə sənin kimi bir övlad nəsib etsin, amma ömrünü deyil” deməsi hər kəsi göz yaşlarına boğub.

Nişanlısı Yasəmən Çelikin də tabutuna sarılaraq göz yaşı tökdüyü Baycının dəfnində yaxınları, dostları, CHP sədr müavini Çetin Osman Budaq və Acun Ilıcalı da iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm