"Hörümçək adam"ın yaradıcısı vəfat etdi
Bizi izləyin

Magazin2

"Hörümçək adam"ın yaradıcısı vəfat etdi

Amerikalı rəssam və yazıçı, “Marvel Comics” şirkəti üçün personajlar, o cümlədən "Hörümçək adam" və "Doktor Strenc"i yaratmış Stiv Ditko 90 yaşında vəfat edib.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, rəssamın cəsədi Nyu-Yorkda evində tapılıb. Onun 2 gün öncə vəfat etdiyi bildirilsə də, ölümün səbəbi açıqlanmır.

Rəssam heç vaxt ailəli olmayıb.

Qeyd edək ki, Stiv Ditko "Hörümçək adam"ı məşhur komikslər müəllifi Sten Li ilə birlikdə 1961-ci ildə yaradıb. O, həmçinin "doktor Osminoq", "Qum adam", "Kələz" və "Yaşıl Qoblin"in yaradılmasına kömək edib.

Stiv Ditko "Doktor Strenci" 1963-cü ildə yaradıb. “Marvel Comics” şirkətini tərk edən rəssam 1979-cu ildə oraya qayıdıb. Son işlərindən biri 1992-ci ildə yaratdığı “Squirrel Girl” olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm