Acundan 150 milyon dollarlıq müqavilə
Bizi izləyin

Magazin2

Acundan 150 milyon dollarlıq müqavilə

Tanınmış aparıcı, "TV 8" kanalının rəhbəri Acun Ilıcalı daha bir uğura imza atıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun Ilıcalı Meksika televiziya tarixinin ən böyük sövdələşmələrindən birinə imza atıb. O, instaqram hesabında bildirib ki, Meksikanın “Azteca 1” kanalının bütün verilişlərini “Acun Media” hazırlayacaq:

“Meksikada apardığımız danışıqlar nəticəsində, ölkənin ən böyük media qrupu “Salinas”la müqavilə imzaladığımız üçün çox qürurluyuq. 3 il ərzində “Azteca 1” kanalının bütün verilişlərini Acun Media istehsal edəcək. Bizə güvənən, kanalını əmanət edən cənab Rikardo Salinasa və bütün “Azteca media” qrupuna təşəkkür edirəm. "Azteca 1" vasitəsilə yeni uğurlar əldə etmək üçün var gücümüzlə çalışacağıq”.

Məlum olub ki, Türkiyə ilə yanaşı bir çox ölkə üçün müsabiqə proqramları hazırlayan “Acun Media” bu müqavilənin müqabilində 150 milyon dollar alacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm