Özcan Dəniz atasının yasında küsülü olduğu məşhurla barışdı - FOTO
Bizi izləyin

Magazin2

Özcan Dəniz atasının yasında küsülü olduğu məşhurla barışdı - FOTO

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni, aktyor və rejissor Özcan Dənizin atası Sadiq Dəniz dünən vəfat edib. Zekeriyaköy məscidində cənazə namazı qılındıqdan sonra S.Dəniz Kilyos qəbiristanlığında torpağa tapşırılıb.

Cənazədə iştirak edənlər arasında Özcan Dənizin köhnə dostu Mahsun Kırmızıgül də olub. Uzun zamandır Özcan Dənizlə küsülü olduğu deyilən Mahsun Kırmızıgül həmkarını acı günündə tək qoymayıb.

Özcan Dəniz məsciddə atasının tabutunun yanına gələrək bir müddət tabuta sarılaraq ağlayıb. Feyza Aktan həyat yoldaşının çiyninə söykənərək ona təsəlli verməyə çalışıb.

Aktyor atasının ölümü ilə bağlı instaqram hesabında təsirli sözlər yazıb: “Başda cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğana, cənazədə iştirak edən bütün dostlara və sosial media üzərindən başsağlığı verən hər kəsə çox təşəkkür edirəm. Ata olmaq və atamın üzərinə torpaq atmaq... Bir kişini böyüdən iki güclü hissi birlikdə yaşadım. Allah bizi sevdiklərimizlə sınağa çəkməsin. Məkanın cənnət olsun, ata”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm