Sonuncu sevgilisindən Gülben Ergenə DAHA BİR ŞOK - FOTO
Bizi izləyin

Magazin2

Sonuncu sevgilisindən Gülben Ergenə DAHA BİR ŞOK - FOTO

Gülben Ergenin sevgilisi və “İdeal” tikinti şirkətinin sahibi Burak Törer müğənniyə xəyanət edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İdeal” tikinti şirkətinin sahibi Burak Törer 2009-ci ildən bəri işçilərin əmək haqlarını ödəmədiyi üçün məhkəməyə verilib. İddialara görə, 9 il əvvəl yaşanan maddi problemlərdən dolayı bəzi işçilərinə maaş ödəməyən Törer borclarının bir hissəsini əvəzsiz çeklərlə ödəyib. Bu məsələ ilə bağlı hazırda araşdırma davam edir.

Digər tərəfdən, iş adamı ulduz sevgilisinə xəyanət etməkdə ittiham olunur. İrəli sürülən fikirlərə görə, İstanbula xəbərsiz qayıdan Ergen axşam Törere sürpriz etmək istəyib. Gülben əvvəlcə ona telefonla zəng edərək hal-əhval tutub. Dostları ilə əylənən Törer Gülbenin onu səhv başa düşəcəyini düşünərək evdə tək oturduğunu deyib.

Gülben Ergen 15 dəqiqə sonra sevgilisinin evinin qapısının zəngini basanda şoka düşüb. B.Törerin yalan danışmasına qəzəblənən müğənni instaqramdan iş adamı ilə bütün şəkillərini silib.

Qeyd edək ki, 45 yaşlı Gülben Ergen 2 dəfə evli olub. Onun Mustafa Ərdoğandan 3 oğlu var. O, ikinci əri Erhan Çelikdən 2016-cı ildə qalmaqallı şəkildə ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm