Adnan Oktarın məclislərində iştirak edən məşhurlar DANIŞDI - FOTO
Bizi izləyin

Magazin2

Adnan Oktarın məclislərində iştirak edən məşhurlar DANIŞDI - FOTO

Adnan Oktarın təşkil etdiyi gecələrdə səhnəyə çıxan müğənnilər: Muazzez Ersoy, Engin Çağlar, Muazzez Abacı, Çılğın Sədat, Arif Susam və Zəkəriyyə Ün açıqlama verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muazzez Ersoy, Muazzez Abacı, Çılğın Sədat, Arif Susam və Zəkəriyyə Ün Adnan Oktarın may ayında A9 TV-nin yubileyi şərəfinə Çırağan Sarayında verdiyi iftar qonaqlığında ifa edib. Məşhur sənətçilər Adnan Oktarla şəxsi tanışlıqları olmadığını vurğulayıb.

OktarınTV kanalının yubiley gecəsində səhnəyə çıxan Muazzez Ersoy hər bir peşəkar sənətçi kimi öz işini gördüyünü söyləyib: "Hər sənətkar kimi o gecə səhnəyə çıxıb mahnılarımı oxudum. Səhnədə çıxış etdikdən sonra evimə getdim. Bu adamı orada tanıdım, orada gördüm. Əvvəl heç bir məkanda bir araya gəlməmişik. Biz sənətçilər hər gecədə səhnəyə çıxıb mahnımızı oxuyuruq. Təəssüf ki, kmin nə işlə məşğul olduğunu bilmirik.

Həmin gecədə səhnəyə çıxan Muazzez Abacının meneceri Taner Budak isə hadisəni belə şərh edib: "Bu, bizim üçün əlavə iş və əlavə qazanc idi. Tədbirimizi keçirib pulumuzu alıb oradan ayrıldıq. Onlarla hər hansı bir əlaqəmiz yoxdur. Onsuz da mətbuata açıq olan, bir çox tanınmış sənətçinin iştirak etdiyi bir gecə idi. Təkcə biz yox, hamı orada idi".

Müğənni Çılğın Sədat isə məclisdə iştirak etdiyi üçün həır kəsdən üzr istyib: "Bizdə dəvətə ibadət edilir. Başqa qonaqlıqlarında də iştirak etmişəm. Muazzez Ersoy, Muazzez Abacı, Mustafa Keser, Lətif Doğan kimi məndən daha məşhur sənətçilər var idi. Problem olsaydı, onlar niyə gedirdilər ki, deyə düşündüm. Allahın adını zikr edib pişikləriylə gündəmə gəlməsini mən də anlaya bilmirdim. Haqqında edilən ittihamları oxuyanda şoka düşdüm. Bilmirdim, bilsəydim getməzdim. Hər kəsdən üzr istəyirəm".

Qeyd edək ki, Adnan Oktarın təşkilatının üzvü olmaqda ittiham edilən 235 nəfərə qarşı cinayət işi açılıb. Onlardan 200-ə yaxını həbs edilsə də, bəziləri polisdən qaçmağı bacarıb.

Adnan Oktar və tərəfdaşları aşağıdakı cinayətlərdə ittiham olunur: Cinayət məqsədilə təşkilat qurmaq, azyaşlılarla cinsi əlaqə, uşaq oğurluğu və ya əsir saxlanılması, cinsi təcavüz, şantaj, insanların azadlığını əlindən almaq, siyasi və hərbi casusluq, dini inanc və duyğuların istismar edilməsi, fırıldaqçılıq, cinayətdən əldə edilən gəlirlərin yuyulması, şəxsi həyatın gizliliyini pozmaq, rəsmi sənədlərdə saxtakarlıq, böhtan, xalqı hərbi qulluqdan çəkindirmək, həqarət, cinayət uydurmaq, yalançı şahidlik, qaçaqçılıqla mübarizə qanunlarına müxaliflik, vergidən yayınma, rüşvət, təlim və tədris haqlarının tapdalanması, işgəncə, şəxsi məlumatların qeydə alınması və siyasi haqların tapdalanması, ailənin təhlükəsizliyi və qadına qarşı zorakılığın qarşısının alınmasına müxaliflik.

Adnan Oktar və qrupuna qarşı davam edən istintaq çərçivəsində o da məlum olub ki, şikayətlər yalnız Türkiyəni əhatə etmir. Niderland, Qətər, Almaniya, Azərbaycan, Qazaxıstan və Avstriyada yerləşən bəzi zərərçəkənlərin səfirlik və konsulluqlara müraciət edərək şikayətçi olduqları bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm