Hadisəni sarsıdan MƏKTUB – Anası qızları haqqında elə sözlər yazdı ki...
Bizi izləyin

Magazin2

Hadisəni sarsıdan MƏKTUB – Anası qızları haqqında elə sözlər yazdı ki...

Hadisənin intihara cəhd edən anası Gülnihal Açıkgözün məktubu üzə çıxıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin anasının intihara təşəbbüs etdiyi iddia edilmişdi. Hadisə isə mətbuat katibi vasitəsilə mediaya elan etmişdi ki, anası intihar etməyib, sadəcə qidadan zəhərlənib. Ancaq əsl həqiqət bu gün ortaya çıxıb:

Tv2 kanalında yayımlanan “2-ci səhifə” verilişi Hadisənin anasının vida məktubunu ortaya çıxarıb. Gülnihal məktubunda qızlarına məzəmmət edərək bunları yazıb:

"Övladlarım, haqqınızı halal edin. Dözə bilmirəm. Bəlkə də aranızdan getsəm, yaxşı olar. Ağrılar içindəyəm. Atanıza 20 min avroya diş düzəltdirirsiniz, ancaq mənim belimin ağrısı heç vecinizə olmadı. Neyləyək ki, vədəm yetməyib. Səbrimi daşıran isə Hadisənin “ev sizin, maşın mənimdir” deməsi oldu. İlk övladım Hülya, öncə Allaha, sonra bir-birinizə əmanət olun. Necə də ağırdır ki, nə bacı-qardaşlardan, nə də övladlardan üzüm güldü. Allah sizi güldürsün".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm