Məşhur hind gözəli özündən 11 yaş kiçik oğlanla nişanlandı – FOTO
Bizi izləyin

Magazin2

Məşhur hind gözəli özündən 11 yaş kiçik oğlanla nişanlandı – FOTO

36 yaşlı məşhur hind aktrisası Priyanka Çopra 25 yaşlı müğənni Nik Conasla nişanlanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu ayın əvvəlində Conası Nyu-Yorkda “Tiffany & Co” o zərgərlik mağazasında görüblər. Və şahidlərin sözlərinə görə, o, sevgilisi üçün nişan üzüyü seçimi ilə məşğul olub.

Mənbələrin sözlərinə görə, o, iyulun 18-də aktrisanın ad günündə ona evlənmə təklifi edib.

“Priyanka və Nik çox xoşbəxtdir. Dostları və ailəsi Niki heç vaxt belə xoşbəxt görməyib. Onlar Nikə görə çox şaddır” , - deyə mənbə əlavə edib.

Bu nikah Çopra və Conas üçün də ilk olacaq. Müğənni hind gözəlindən əvvəl Mayli Sayrus, Selena Qomes və hətta Keyt Hadson ilə görüşüb. Priyanka isə şəxsi həyatını heç vaxt göstərməyib, ancaq onun da romanları haqqında çox şayiələr gəzir. Deyirlər ki, o, filmlərdə onunla tərəf müqabili olan bir çox kişinin qəlbini fəth edib.

Cütlüyün toyu barədə hələlik heç nə məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm