Hadisə intihara təşəbbüs edən anasından danışdı - FOTO
Bizi izləyin

Magazin2

Hadisə intihara təşəbbüs edən anasından danışdı - FOTO

Hadisə 3 həftə əvvəl intihara təşəbbüs edən anası Gülnihal Açıkgöz haqqında danışıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kiprdən qayıdan ifaçı dünən Atatürk Hava limanında görüntülənib. Başına şlyapa taxan müğənninin kefsiz olduğu müşahidə olunub. O, jurnalistlərin anası haqqında verdiyi suala belə cavab verib:

“Bununla bağlı açıqlama verdim. Daha da heç bir şey söyləmək istəmirəm”.

Bacıları ilə münasibətləri korlanması barədə isə Hadisə "Yəqin ki, bu mərhələdə çox xəbər çıxacaq. Odur ki, sizdən bir qədər anlayışlı olmağı xahiş edirəm. Çətin dövrdən keçirik. Lakin inanıram ki, biz bunu ailəvi olaraq aşacağıq”, - deməklə kifayətlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm