Polis Rihannanın evini helikopterlə mühasirəyə aldı - FOTOLAR
Bizi izləyin

Magazin2

Polis Rihannanın evini helikopterlə mühasirəyə aldı - FOTOLAR

Dünyaca məşhur müğənni Rihannanın ABŞ-ın Los Anceles şəhərində yerləşən evini polis mühasirəyə alıb.

Publika.az xəbər verir ki, 30 yaşlı barbaroslu müğənninin evində təhlükəsizlik siqnalları işə düşüb. Lakin bu vaxt Rihanna evində deyil, Londonda bir gecə klubunda olub.

Bölgəyə helikopterlərlə gələn polislər evin ətrafını mühasirəyə alıb. Polislərin bu təlaşına səbəb isə tez-tez məşhurun evinə pərəstişkarlarının hücum etməsi olub.

Qeyd edək ki, may ayında məşhur müğənniyə təcavüz etmək üçün onun evini müşahidə edən Eduardo Leon adlı 27 yaşlı pərəstişkarı Rihanna evdə yoxkən onun evinə girib və orda 12 saat qalıb. O, şəxsi mülkə icazəsiz girmək, oğurluq, mala zərər vermə, polisə müqavimət ittihamları ilə həbs edilib.

Leon polisə ifadəsində “Rihanna ilə sevgiliyik. Az öncə sevişdik” sözlərini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm