“Eurovision 2019” hansı şəhərdə baş tutacaq?
Bizi izləyin

Magazin2

“Eurovision 2019” hansı şəhərdə baş tutacaq?

“Eurovision 2019” mahnı müsabiqəsinin hansı şəhərdə keçirləcəyi yaxın günlərdə mətbuata elan olunacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, müsabiqə təşkilatçıları ötən 2 gün ərzində Qüdsdəki Pais Arenasını və Təl-əvivdəki Konqres Mərkəzinə baxıb. İlk üçlüyə daxil olan Eylat şəhərinin adı isə siyahıdan çıxarılıb.

2019-cu ildə Avropanın ən böyük yarışmasının keçiriləcəyi yer və şəhərin haqqında yekun qərarın tezliklə verilməsi gözlənilir. Ev sahibinin Təl-Əviv, ya da Qüds olması gələn həftə açıqlanacaq.

Xatırladaq ki, bu il Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta adlı ifaçı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm