“CBC Sport”un direktoru infarkt keçirtdi - FOTO
Bizi izləyin

Magazin2

“CBC Sport”un direktoru infarkt keçirtdi - FOTO

“CBC Sport” telekanalının rəhbəri Volkan Üst infarkt keçirib.

Publika.az xəbər verir ki, bu barədə Volkan Üstün xanımı Özge Uzun instaqramda məlumat verib:

“Bu gün biz həyatımızın qalan hissəsinin ilk gününü yaşayırıq. Volkan ağır infarkt keçirtdi. Sərhədə qədər getdi, bir dəfə baxıb çıxdı və bizə geri qayıtdı. Bəzən “şükür” , deyə biləcəyimiz bütün sözləri və duaları ifadə edir. Hansı ki, uzun-uzun danışmaq istədiyiniz, lakin ağzınızdan heç cür çıxmayan... Hadisə anında insani refleks və müdafiə ilə ayaqda qalırsınız. Dəhşətli vəziyyətdən sonra bir anda ürəyinizə, ruhunuza və beyninizə "Part" deyə bir şey çırpılır. Məcazi mənada ona "Beynin şillə vurması" deyilir”.

Özge Uzun daha bildirib ki, kanal rəhbəri səhərə yaxın oyanıb:

"Qızımla da danışdıq. Atasına iynə vurularkən ağlayıb-ağlamadığını soruşdu. Bir müddət evə gəlməyəcəyini söylədik. Anladı. Şükür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm