Sevgilisindən ayrılan Aleyna Tilkidən dərdli statuslar - FOTO
Bizi izləyin

Magazin2

Sevgilisindən ayrılan Aleyna Tilkidən dərdli statuslar - FOTO

Bütün mahnılarınının aranjımançısı olan sevgilisi Emrah Karadumandan ayrılan müğənni Aleyna Tilki depressiyaya düşüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sitəm edən sənətçi sosial şəbəkədə durmadan kədərli paylaşımlar edib.

Məşhur müğənni İnstaqram hesabının hekayə hissəsində "Bu günə qədər xalq nə istədi onu etdim. Qəlbim nəyə icazə verdiysə, onu etdim. Amma bu gündən sonra təkcə özüm üçün yaşamağa qərar verdim. İlk dəfə bu qədər səmimi davranıram" , - deyə qeyd edib.

İfaçının anası dünən instaqramda canlı yayıma qoşularaq qızı ilə əlaqə saxlaya bilmədiyini deyib. İtkin düşdüyü zənn edilən Aleyna isə bir neçə saat sonra sosial şəbəkədə itmədiyini qeyd edib və evə gəldiyinə dair məlumat yayıb:

“İnsanlar ağlaya bilməz? Qəlbləri qırılmaz? İtkin düşməmişəm, evimdə, otağındayam. Bir azdan yatacam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm