İsrailə BÖYÜK ZƏRBƏ: 21 ölkə... - Tarixdə görülməmiş HADİSƏ (FOTO)
Bizi izləyin

Magazin2

İsrailə BÖYÜK ZƏRBƏ: 21 ölkə... - Tarixdə görülməmiş HADİSƏ (FOTO)

“Eurovision 2019” mahnı müsabiqəsinin İsraildə keçiriləcəyi ciddi problemlər yaradıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 62 illik yarışma tarixində ilk dəfə olaraq bir çox ölkə İsraili boykot edib. Məlum olub ki, müsabiqəyə qatılması gözlənilən 46 ölkənin yalnız yarısı iştirak üçün müraciət edib.

Ötən həftə beynəlxalq reaksiyalar səbəbinə görə müsabiqənin Qüds əvəzinə Təl-Əviv şəhərində keçirəcəyi açıqlanmışdı. Ancaq İsrailin fələstinlilərə etdiyi zülmü pisləyən başda BDS hərəkatı olmaq üzrə bir çox vətəndaş cəmiyyət təşkilatı və sənətçilərin müsabiqəyə boykot çağırışları davam edir.

Rocer Uoters və Ken Louç olmaqla, altı israilli məşhurun daxil olduğu 140 artist ortaq hazırladığı bəyanatda öz tələblərini belə ifadə etmişdi: "Fələstin xalqı azadlıq və bərabər hüquqlara sahib olana qədər müsabiqə insan haqlarına hörmət edən başqa bir ölkədə keçirməlidir".

Bəyanatda yarışmadan bir neçə gün sonra, 14 mayda İsrail ordusunun Qəzzada, altısı uşaq olmaqla 62 etirazçını öldürdüyü vurğulanıb.

2019-cu ilin 14-18 May tarixlərində keçirilməsi planlaşdırılan “Eurovision”la bağlı boykot çağırışları davam edərkən builki yarışmaya qatılmaq üçün bu vaxta qədər 23 ölkə müraciət edib. Ölkələrin cərimə ödəmədən yarışdan çıxma müddəti oktyabrın 10-da bitir. İddialara görə, bir çox ölkə məsələyə bitərəf qalsa da, İrlandiya ilə İslandiyanın yarışmada bu il iştirak etməyəcəyi müzakirə olunur.

İştirak edən ölkələr

İsveç, Danimarka, Norveç, Kipr, Malta, Almaniya, Serbiya, Litva, Latviya, İsrail, Fransa, İsveçrə, Belçika, Hollandiya, Çexiya, Estoniya, Azərbaycan, Sloveniya, Finlandiya, Bolqarıstan, İslandiya, İspaniya, İrlandiya.

Müraciət etməyən ölkələr

Portuqaliya, İtaliya, İngiltərə, San Marino, Avstraliya, Belarus, Gürcüstan, Ukrayna, Rusiya, Ermənistan, Moldova, Makedoniya, Belarus, Xorvatiya, Çernoqoriya, Albaniya, Rumıniya, Polşa, Macarıstan, Yunanıstan və Avstriya.

Qatılmayacağı qəti olan ölkələr

Türkiyə, Andorra, Lüksemburq, Slovakiya, Monako, Bosniya və Herseqovina.

Qeyd edək ki, “Eurovision” müsabiqəsini hər il təxminən 200 milyon insan izləyir. İsrail 1978, 1979, 1998 və 2018-ci illərdə yarışmanın qalibi olub. Qüds 1979 və 1999-cu illərdə iki dəfə yarışmaya ev sahibliyi edib.

Qeyd edək ki, məlum səbəblərə görə, bu il futbol üzrə Dünya Kubokundan öncə Argentina Milli Komandası İsraillə oynayacağı hazırlıq matçını ləğv etmişdi. Pop ulduzu Şakira isə mayda Təl-Əvivdə verəcəyi konsertə çıxmamışdı. Eyni zamanda əslən Qüdsdən olan aktrisa Natali Portman mükafat almaq üçün dəvət aldığı İsrail səfərini, Lana Del Rey isə 7 sentyabrdakı İsrail konsertini ləğv etmişdi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm