Hadisə ilə bacısının bir-birinə yazdığı sözlər DƏHŞƏTƏ GƏTİRDİ
Bizi izləyin

Magazin2

Hadisə ilə bacısının bir-birinə yazdığı sözlər DƏHŞƏTƏ GƏTİRDİ

Hadisə ilə bacısı Hülya Açıkgöz sosial şəbəkədə bir-birinin ünvanına ağır sözlər yazıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisənin anası Gülnihal Açıkgöz iyulda intihara təşəbbüs etdikdən sonra müğənninin bacıları və qardaşı ilə münasibətləri korlanıb. Hadisə onun menecerliyini edən və maliyyə işlərinə baxan böyük bacısı Hülya Açıkgözlə, həmçinin geyimlərini hazırlayan kiçik bacısı Derya Açıkgözlə bütün əlaqələrini kəsib.

Hülya Açıkgöz mövzu ilə bağlı "Hadisə ilə aramızda problemlər var, zamanla həll olunacaq. Ailəmiz yenilməzdir", - deyə açıqlama vermişdi. Lakin daha sonra Hadisə bacısını onun adımdan istifadə edərək qazanc əldə etməkdə ittiham edərək məhkəməyə vermişdi.

Anasının intihara cəhdindən 1,5 ay keçməsinə baxmayaraq, tərəflər barışmayıb. Əksinə ailədaxili münaqişələr daha da artıb. Hadisə ilə bacısı dünən İnstaqramda söz savaşına çıxıb. Hülya Açıkgöz instaqramda "İntiqam çox şirin bir sözdür, sən nə deyirsən?" yazıb.

Hadisənin cavabı belə olub: "İntiqam mı? Yox, mən çox tənbələm. Burada oturub karmanın səni məhv etməsini izləyəcəyəm".

Hülya Açıkgöz Hadisənin bu cavabından sonra onu təhdid edib: "Bax, bax, nələr edəcəyəm. Sadəcə sosial media həyatın qalacaq. Nə qədər də kədərli bir hekayə!"

Sonra onlar yazdıqlarının hamısını silib.

Xatırladaq ki, keçən ay Hadisənin anası vida məktubu yazaraq intihara cəhd etmişdi. Gülnihal qızlarının aralarındakı pul məsələlərindən və mübahisələrdən bezdiyini yazaraq onları layiqli övlad ola bilməməkdə ittiham etmişdi. Bundan sonra Hadisənin bacısı Hülya Gözüaçıkla çalışmayacağı xəbərləri yayılmışdı. Lakin Hülya Açıkgöz təkzib verərək bu xəbərlərin yalan və əsassız olduğunu bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm