Kadir İnanır Cem Yılmaz və Şahan Gökbakara OD PÜSKÜRDÜ - FOTO
Bizi izləyin

Magazin2

Kadir İnanır Cem Yılmaz və Şahan Gökbakara OD PÜSKÜRDÜ - FOTO

Yeni “Qapı” filmini təqdim etməyə hazırlaşan Kadir İnanır Cem Yılmazla Şahan Gökbakarı tənqid edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Yeşil Çam”ın məşhur ulduzu komediya ustalarını ittiham edib:

“Bu yaxınlarda bir qəzetdə oxudum ki, kino sənayesi onlara etibar edilib. Hər ikisini sevirəm, amma xilas etməyi onlara tapşırmaq... Bu dövr film çəkmək qəhrəmanlıqdır. Kommersiya gözləntisi böyük olan komediya layihəsi etmirik.

Fəaliyyətimin 50 ili tamam olur, hələ də qarşınızdayam. Bu komediya aktyorları isə daim müəyyən adlarla çalışırlar. Onlarla işləməsinlər demirəm, amma, əsas peşənin sahiblərini yox saymaq doğru deyil. Biz köhnə filmləri çəkərkən yollarda anamız ağladı, hər şey burnumuzdan gəldi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm