Acun özündən 20 yaş kiçik həyat yoldaşı haqqında hər şeyi anlatdı - FOTO
Bizi izləyin

Magazin2

Acun özündən 20 yaş kiçik həyat yoldaşı haqqında hər şeyi anlatdı - FOTO

Acun Ilıcalı bildirib ki, Şeyma Subaşı onu daim yeni işlərə ruhlandırır.

Publika.az xəbər verir ki, TV 8 kanalının direktoru və məşhur aparıcı Acun Ilıcalı “CNN Türk”ə müsahibə verib. Aparıcı verdiyi müsahibədə Şeyma Subaşı haqqında danışıb:

“Şeyma həyatımın ən önəmli bir hissəsidir. Bu gün olduğum yerə görə ona minnətdaram. İlhamverici xarakteri var. O, enerjisi ilə məni pozitivə kökləyir, çalışır ki, daha çox yaradıcı olum. Evlilikdə diqqət, anlayış və hörmət vacibdir. Bunlar da Şeymada var. Onu çox sevirəm”- deyə aparıcı bildirib.

Acun bildirib ki, Şeyma Subaşını çox qısqanır: “Bəzən qısqanclıq dərəcəsi artır. Başlayıram belə hallarda onu narahat etməyə. Onda başqa enerji var. Qadınlar bizim baxdığımız gözlə baxmır. Onlar fərqlidir”.

Xatırladaq ki, Acun Ilıcalı ilə Şeyma Subaşı arasında 20 yaş fərqi var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm