16 yaşında ailə quran məşhurun hamıdan gizlətdiyi nəvələri - FOTO
Bizi izləyin

Magazin2

16 yaşında ailə quran məşhurun hamıdan gizlətdiyi nəvələri - FOTO

Dəlisov hərəkətləri ilə diqqət çəkən Yıldız Tilbenin iki nəvə sahibi olduğu üzə çıxıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni 16 yaşında cəmi 15 gün tanıdığı və nə işlə məşğul olduğunu bilmədiyi Güngör Karahana qoşularaq qaçıb. Həyat yoldaşı 1 ay sonra əsgər gedib, qayıdanda isə cütlüyün qızı Sezən Burçin dünyaya gəlib. Tilbe qızını illərlə mətbuatından gizli yetişdirib. Yeri gəlmişkən, Yıldız Tilbe qızına Sezen Aksunun şərəfinə onun adını qoyub.

52 yaşlı müğənninin Güngör Karahanla evliliyi 6 il davam edib, onlar 1990-ci ildə yollarını ayırıb.

Bir neçə il əvvəl ulduzun qızı Sezen Burçin Sərdar Özden ilə evlənmişdi. Ancaq Sezen Burçinin bu evliliyi uzun davam etməyib. Özdenden boşanan Sezen Bürçin daha sonra Tarık Canla ailə qurub. Onların nikahından Seyran və Samira adlı uşaqları dünyaya gəlib.

İndi Sezen Burçin Can sosial şəbəkədə tez-tez övladlarının şəkillərini paylaşıb. Sezenin zahirən anasına bənzərliyi diqqətdən qaçmayıb. Yıldız Tilbi isə sosial şəbəkələrdə qızı və nəvələri haqqında heç bir məlumat paylaşmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm