Məşhur aktyor Səudiyyə Ərəbistanına getməkdən imtina etdi: "Ağılsızlıq olar"
Bizi izləyin

Magazin2

Məşhur aktyor Səudiyyə Ərəbistanına getməkdən imtina etdi: "Ağılsızlıq olar"

Britaniyalı aktyor Cerard Batler Səudiyyə Ərəbistanına səfərini son anda ləğv etdirib.

Publika.az xəbər verir ki, aktyor jurnaslitslərə açıqlamasında səfər üçün kifayət qədər uğursuz zaman olduğunu deyib: "Bizim Ər-Riyad da rol aldığım "Killer Xanter" filminin nümayişi planlaşdırılırdı. Ancaq Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda yox olan jurnalist haqqında eşidəndə bu səfəri təxirə saldım. Düşünürəm ki, belə bir zamanda səfər etmək yanlış addım və ağılsızlıq olardı".

Xatırladaq, Səudiyyə Ərəbistanından olan urnalist Camal Qaşıqçı "Al-Vatan" qəzetinin baş redaktoru, eləcə də Bəhreyndə əsası qoyulmuş "Al-Arab" telekanalının təsisçisi idi. Səudiyyə Ərəbistanındakı hakim dairələr haqqında tənqidi yazıları ilə məşhur olan jurnalist 2017-ci ildə təzyiqlərdən qaçmaq üçün ABŞ-a köçmüşdü. Onun oktyabr ayının 2-də İstanbulda yerləşən Səusiyyə Ərəbistanın baş konsulluğunun ərazisində öldürüldüyü iddia edilir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm