Azərbaycanlı müğənni heyvanlar üçün konsert verdi - FOTO
Bizi izləyin

Magazin2

Azərbaycanlı müğənni heyvanlar üçün konsert verdi - FOTO

Müğənni Elnur Hüseynov Türkiyənin Kastamonu bölgəsində küçə heyvanları üçün xeyriyyə məqsədilə təşkil edilən tədbirdə çıxış edib.

Publika.az xəbər verir ki, heyvansevərlərin də iştirak etdiyi konsert proqramında Elnur Hüseynov öz mahnılarını ifa edib.

Konsert proqramı Kastamonu Bələdiyyəsi tərəfindən hazırlanıb. Tədbirdə bələdiyyə sədri, rəsmi şəxslər eləcə də heyvansevərlər çıxış edərək insanları küçə heyvanlarına qarşı mərhəmətli olmağa səsləyiblər.

Çıxışların ardından konsert proqramı Elnur Hüseynovun musiqiləri ilə davam edib. Konsertə heyvanları ilə gələn heyvansevərlər də Elnur Huseynovun mahnılarını birlikdə oxuyublar.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm