Meqan Markl hamilədir - FOTO
Bizi izləyin

Magazin2

Meqan Markl hamilədir - FOTO

May ayında 34 yaşlı Şahzadə Harri ilə ailə quran 37 yaşlı Meqan Markl hamilədir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə krallığın rəsmi saytında məlumat verilib. Cütlüyün uşaqları 2019-cu ilin yaz aylarında dünyaya gələcək. Bu, həm Sasseksk hersoginyasının, həm də hersoqun ilk övladı olacaq.

Brinatinya mətbuatı yazır ki, şahzadə uşaqlarla yaxşı yola gedir, onun bu barədə az-çox təcrübəsi var. Onun qardaşı uşaqları ilə münasibətləri əladır.

Qeyd edək ki, Harri ilə Meqan Markl Avstraliya, Fidci, Tonqa və Yeni Zelandiyaya 16 gün davam edəcək ilk rəsmi səfərlərinə başlamaq üçün Avstraliyanın Sidney şəhərinə gəlib. Sidney şəhərində onları mətbuat nümayəndələri qarşılayıb. Cütlük Sidney Limanı iqamətgahı Admiral Evə aparılıb. Səfər boyu bir çox rəsmi tədbirə qatılacaq kral cütlüyü Sidneydə başlayacaq “ Invictus 2018” oyunlarına da iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm