Bu ölkə Avroviziyadan imtina etdi
Bizi izləyin

Magazin2

Bu ölkə Avroviziyadan imtina etdi

Bolqarıstanın Avroviziya 2019 mahnı müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Bolqarıstan maliyyə çətinliklərinə görə İsraildə keçiriləcək yarışmada iştirak etməyəcək. BNT milli televiziya kanalının rəhbərliyi xərcləri azaltmaq üçün bu addımı atdığını bəyan edib.

Xatırladaq ki, Bolqarıstan 2005-ci ildən müsabiqədə iştirak edir. Ötən il Bolqarıstan təmsilçisi Kristian Kostov "Beautiful mess" mahnısı ilə ikinci yeri qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm