• USD 1,7000 0,00% EUR 2,0264 +0,09%
    • GBP 2,3680 +0,13% RUB 0,0233 0,00%

Məşhur aktrisa pulsuzluqdan yeni doğulmuş körpəsini GİROV QOYDU - İNANILMAZ FAKT (FOTO)

  • Magazin2
  • 18 Oktyabr 2018 10:15
  • 4 297 Baxış
Məşhur aktrisa pulsuzluqdan yeni doğulmuş körpəsini GİROV QOYDU - İNANILMAZ FAKT (FOTO)

“Yeşilçam”ın usta aktrisası Hülya Koçyiğitin birinci qızı Gülşah Alkoçlar doğuşdan sonra pulsuzluq üzündən bir həftə xəstəxanada girov qalıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk kinosunun sevilən ulduzu haqqında maraqlı bir fakt ortaya çıxıb. Aktrisa ilk övladı dünyaya gəldiyi zamanlarda maddi baxımdan böyük sıxıntı keçirdiklərini etiraf edib:

“24 aprel tarixində sancılarım başladı. Sevindim ki, aman Allahım, nəhayət, böyük gün gəlib çatdı. Tələsə-tələsə xəstəxanaya, sonra isə doğum otağına getdik. Çox həyacanlıydım, körpəmiz gəlirdi və həkimin səsi ilə dəhşətə gəlirəm: "Nur topu kimi qızınız oldu". Aprelin 25-də böyük bir sıxıntı ilə üz-üzə qaldıq. Xəstəxanadan evə buraxılmadıq, çünki xərcləri qarşılayacaq qədər pulumuz yox idi.

Eləcə xəstəxanada yatmalı olduq. Təbii ki, futbolçu və aktyorun qazancı bu günlərdəki kimi yüksək deyildi. Az qazanan və aylıq maaşla yaşayan ailə idik. Bir də evlənməzdən əvvəl anamdan qalan borcları da ödəməyə çalışırdıq. İnanılmaz dərəcədə şöhrətli aktrisasan, amma maddi vəziyyətin yaxşı deyil. Selimə borcları olanlar var idi, avans gözləyirdi, amma heç birini ala bilmirdi. Bir-iki gün keçdikdən sonra hər şeyi boş verib xəstəxanada dincəlməyə başladım.

Ailəm yanımda idi, Selim məşqlərə gedib-gəlirdi. Eyni zamanda pul tapmağa çalışırdı, amma nəticəsi yox idi. Sağlam şəkildə normal doğuş keçirib, uzun müddət xəstəxanada qalan nadir insanlardanam. Düz bir həftə xəstəxanada yaşamalı oldum.

Gördük ki, çıxış yolu tapa bilmirik, Selim məcbur qalıb hadisəni olduğu kimi atasına danışdı. Sağ olsun, rəhmətlik qayınatam Arif bəy köməyimizə yetişdi. Uzun müddət qaldığımız üçün artan xəstəxana xərclərini ödədi. Beləliklə, pulsuzluqdan qaldığımız xəstəxanadan çıxıb evimizə gedə bildik".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR