Hadisə sevgilisi üçün hönkür-hönklür ağladı - VİDEO
Bizi izləyin

Magazin2

Hadisə sevgilisi üçün hönkür-hönklür ağladı - VİDEO

“O Səs Türkiyə”in münsiflər kürsüsündə yer alan müğənni Hadisə və Seda Sayan proqramın dünən axşam yayımlanan bölümündə göz yaşlarına hakim ola bilməyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, verilişin dünənki buraxlışında Sercan Aytepe adlı iştirakçı Orxan Gülmezin "Damla-Damla” mahnısını ifa edib, O, çıxışı ilə həm tamaşaçıların, həm də münsiflərin rəğbətini qazanıb. Hadisə və Seda Sayan isə onun ifası zamanı göz yaşlarını saxlaya bilməyib.

Mahnıdan çox təsirləndiyini deyən Hadisə "Hamımızın bir hekayəsi var. Sevgi varsa, ayrılıq da olur. Bəzi mahnılar elə toxunur ki... Mənim rahatlıqla eşq yaşadığım dövrü xatırlatdı. Təmənnasız eşq yaşadığım dövrü. Bir dövr məhəbbət mənim üçün çətin deyildi. O dövrü xatırlatdı, mənə", - deyərək ağlayıb.

Hadisə kimi göz yaşlarına hakim ola bilməyən Seda Sayan Sercan Aytepe haqqında bunlar deyib:

“Həqiqətən, çox gözəl oxudun. Ciyərdən... Mən çox mütəəssir oldum. Kaş ki, bütün iştirakçılara kaş bunu izah edə bilsək. Mahnını izah etmək çox mühümdür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm