Kıvanç özündən 6 yaş böyük həyat yoldaşına QADAĞA QOYDU - FOTO
Bizi izləyin

Magazin2

Kıvanç özündən 6 yaş böyük həyat yoldaşına QADAĞA QOYDU - FOTO

Kıvanç Tatlıtuğ həyat yoldaşına qadağa qoyub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur moda evlərindən biri Kıvanç Tatlıtuğun stilist həyat yoldaşı Başak Dizerə 1 milyonluq reklam təklifi edib.

Başak Dizer firma ilə görüşdükdən sonra ərinin razılığını ala bilməyib. Məlum olun ki, qısqanc aktyor xanımının reklam siması olmasına razı olmayıb. Bundan sonra markanın rəsmiləri Başak Dizerin təklifi qəbul etməsi üçün qonorarını 1 milyon lirəyə qədər qaldırıb. Ancaq bu rəqəm də Kıvanç Tatlıtuğun fikrini dəyişdirməyib.

Xatırladaq ki, məşhur cütlük ailə qurduqdan sonra bir çox şirkət onlara reklamda çəkilməyi təklif etmişdi. Məşhur aktyor bütün təklifləri hər dəfə rədd edib.

Qeyd edək ki, aktyorla stilist xanımı arasında 6 yaş fərqi var. Başakın 40, Kıvançın isə 34 yaşı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm