Çirkin "ördək balası" gözəllik kraliçası oldu - FOTO
Bizi izləyin

Magazin2

Çirkin "ördək balası" gözəllik kraliçası oldu - FOTO

Bir vaxtlarda çirkin olduğu üçün məktəb yoldaşlarının tənələrinə məruz qalan hindistanlı Coanna Cozef adlı qız gözəllik kraliçası olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, əslən hindistanlı olub Malayziyada yaşayan Coannanın uşaqlığı pis xatirələrlə yadda qalıb. O bildirib ki, çirkin olduğu üçün 12-16 yaşlarında sinif yoldaşları və müəllimləri onunla kobud davranıb:

“Kök uşaq idim. Bir oturuma beş boşqab düyü yeyirdim. Yeddi yaşında 60 kq çəkidə məktəbin ən kök şagirdi idim. Heç kim mənimlə dost olmurdu, arxamdan “çirkin ördək” deyə qışqırırdılar.

Ailəm belə, mənə lağ edirdi. 16 yaşım tamam olanda dəyişikliyin yaxınlaşdığını hiss etdim. 16 yaşında 102 kq idim. Qeyri-sağlam qidalanma vərdişlərini həyatımdan çıxardım. İdman zalına getmək əvəzinə evin yaxınlığındakı tarlada hər gün 2 saat qaçdım.

Səylərimin nəticəsini zamanla almağa başladım. Yeni halım xoşuma gəlməyə başladıqca daha da həvəs göstərməyə başladım. Ancaq arıqladıqdan sonra məni ələ salanlar olurdu. Bir çox adam sürətlə arıqlamağımı narkotikə bağlayırdı. Narkoman olduğumu düşünürdülər. Bu gün burada dayandığım yerə çatmaq üçün həyatımda bir çox şeyi fəda etmək məcburiyyətində qaldım”.

Qeyd edək ki, Coanna iki il əvvəl “Miss Selangor” dünya gözəllik müsabiqəsində birinci olub, bu il keçirilən “Hindistan Gözəli” müsabiqəsində isə ikinci yerə layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm