Magazin2
Məşhur aktrisa rahibə olmaq istədi - FOTO
51 yaşlı aktrisa Nikol Kidman rahibə olmaq arzusundan bəhs edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa “Allure” jurnalına verdiyi müsahibədə həmkarı və yaxınlıqda yaşayan rəfiqəsi Riz Uizerspunun onu əri Ki Urbanla zərif münasibətlərinə tez-tez sataşdığını deyib:
“Kit və mən avstraliyalıyıq, biz okeansız yaşaya bilmərik. Bizim sahildə evimiz var. Səhər tezdən oyanır və səhər yeməyindən əvvəl okeana gedirik. Qonşumuz Riz təəccüblənərək “Göyərçinlər, suda nə edirsiniz?" deyə sual verir. Özü sahildə az gəzdiyi üçün bizi qıcıqlandırmağa çalışır”.
İki qız anası olan ulduz analıq vəzifəsi haqqında bunları deyib:
“Əsas amil - uşaqlara qayğı göstərmək, onlara yol açmaq, əxlaqi, layiqli xüsusiyyətləri və məsuliyyəti aşılamaqdır. Anam çox yaxşı təhsilli və uşaqlarının bir çox imkanları olmalarını istəyən çox etibarlı və güclü qadın idi”.
O, müsahibəsində etiraf edib ki, özünü məşhur saymır:
“Məşhur və kino ulduzu deyiləm. Özümü yalnız aktrisa kimi hiss edirəm. Ulduz Beyonsdur”.
Nikol açıq etiraf edib ki, əvvəllər tamam başqa həyat yolu seçmək fikrində olub:
“Allaha çox inanıram. Rahibə olmaq ideyası xoşuna gəlirdi. Bu yolu seçmədim, amma rahibəlik məni çox cəlb edirdi”.
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO



































.jpg)


