Bergüzar Korel məşhur aktyor haqqında: “Atamın qızı oldum”
Bizi izləyin

Magazin2

Bergüzar Korel məşhur aktyor haqqında: “Atamın qızı oldum”

Aktrisa Bergüzar Korel ilk dəfə olaraq atası ilə bağlı xatirələrini paylaşıb.

Publika.az xəbər verir ki, kino ulduzu “Hello” jurnalına verdiyi müsahibəsində 2005-ci atası, məşhur aktyor Benju Koreli itirdikdən sonra dərin sarsıntı keçirdiyini deyib. Yeni mövsümdə ekranda yer almayacağını açıqlayan Bərgüzar Korel “Vatanım sensin” serialından sonra yorulduğunu etiraf edib.

"“Atasız bir qızam” əvəzinə “Atamın qızı oldum” deməyə üstünlük verdim".

“Hayatım həmişə izləndiyimi bilərək özümə nəzarət etməklə keçir”.

"Hər istədiyimi edir, heç kimə məhəl qoymuram desəm, yalan olar. Keçmişdə daha coşqun və üsyankar idi".

"Məşhuruq deyə elə bilirlər ki, karıq. Amma ətrafda danışılan hər şeyi eşidirəm".

“Bu mövsüm seriala çəkilməyi düşünmürəm. Yorulmuşdum. Özümü bərpa etməyə və enerji toplamağa ehtiyacım var”.

"İllərdir ən böyük arzum saçımı qısa kəsdirmək idi. Küçəyə pijamayla da çıxaram. Yerdə otururam. Tabulara fikir vermirəm".

"Bizim evin bəzi qaydaları var: Birlikdə süfrəyə oturaruq. Yuxu saatından əvvəl mütləq kitab oxuyuruq. Yemək zamanı heç vaxt telefon və ya ipad istifadə etmirik, TV-i izləmirik. Oğluma həftədə sadəcə bir gün kompüterdə oyun oynamağa icazə veririk”.

Qeyd edək ki, jurnal üçün Monakoda xüsusi bir çəkiliş baş tutub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm