Dünyanın ən məşhur kök modelindən İNANILMAZ SÖZLƏR: Kişilərlə tanış olan kimi yatdığım üçün...
Bizi izləyin

Magazin2

Dünyanın ən məşhur kök modelindən İNANILMAZ SÖZLƏR: Kişilərlə tanış olan kimi yatdığım üçün...

Dünya şöhrətli kök model Eşli Qrem gəncliyində kişilərlə ilk tanışlıqdan sonra yatdığını etiraf edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur model aktrisa Qvinet Peltrounun “Goop” adlı verilişinə qonaq olub. Eşli Qrim verilişdə şəxsi həyatına dair şok etiraflar edib. O bildirib ki, 10 ildir birlikdə olduğu əri ilə tanış olana qədər sevgidə bəxti gətirməyib və yorucu münasibətlər yaşayıb.

Modelin sözlərinə görə, sevgidən bəxti gətirməməsinin səbəbi kişilərlə tanışlıqdan sonra yatağa girməsi olub. Qrem yaşadığı bu pis təcrübələrdən sonra evlənənə qədər heç kəslə cinsi əlaqədə olmamağa qərar verdiyini deyib.

Başına gələnlər üzündən anasının ona "Ya kilsəyə gedirsən, ya da reabilitasiya mərkəzinə" söylədiyini etiraf edən model “Alkoqolik olmadığımı düşündüm. Buna görə də reabilitasiya əvəzinə kilsəyə getməyi üstün tutdum", - deyə əlavə edib.

“Tanış olduqdan və görüşməyə başladıqdan bir ay sonra Castin mənə evlilik təklifi etdi. Daha sonra da evlənməyə qərar verdik” deyən Qrimin sözlərinə görə, əri ilə evləndikdən sonra cinsi əlaqədə olub.

Göz yaşlarını saxlaya bilməyən verilişin aparıcısı Qvinet Peltrou modelin başına gələnlərə belə münasibət bildirib: "Sənə deməliyəm ki, Opra ilə yayından bəri ilk dəfə ağlayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm