Magazin2
Acun üçüncü arvadından da RƏSMƏN BOŞANDI - FOTO - (YENİLƏNDİ)
Keçən ilin sentyabr ayında Fransanın Marsel şəhərində evlənən Acun Ilıcalı ilə Şeyma Subaşı rəsmən boşanıb.
Publika.az xəbər verir ki, məhkəmə iclası 8 dəqiqə davam edib.
Şeyma Subaşının məhkəmə iclasından gülərək çıxması diqqətdən yayınmayıb.
***
Xəbər verdiyimiz kimi, Acun Ilıcalı ilə Şeyma Subaşının boşanma xəbərləri yayılıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tv 8 kanalının direktoru Acun xəbəri təsdiqləyib. O, "Kanal D" ekranlarında yayımlanan "2-ci Sayfa" proqramına "Boşanırıq, xəbərlər doğrudur" , - deyə açıqlama verib.
***
Keçən ilin sentyabrında Fransanın Marsel şəhərində rəsmi nikaha daxil olan aparıcı Acun Ilıcalı və Şeyma Subaşı boşanır.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sankt-Tropezdə özlərinə ehtişamlı toy edən cütülüyn ayrıldığı iddia olunub. Bir müddətdir münasibətlərinin korlandığı deyilən Acun Ilıcalı ilə Şeyma Subaşının boşanma məsələsini günlərlə müzakirə etdikdən sonra dost qalaraq ayrılmağa qərar verdikləri bildirib. Cütlüyün bu gün razılaşdırılmış olaraq ayrılacağı deyilir.
Onlar hələ ki, çıxan xəbərlərlə bağlı heç bir açıqlama verməyib.
Xatırladaq ki, aparıcı və prodüser iki dəfə rəsmi nikahda olub. Onun ilk nikahından bir, ikinci nikahından isə 2 qızı var. TV 8 kanalının direktorunun Şeyma Subaşı ilə olan qeyri-rəsmi nikahından da daha bir qızı dünyaya gəlib. Cütlük arasında 20 yaş fərqi var.
Xatırladaq ki, Şeyma Subaşı toyunda 4 gəlinlik dəyişmişdi. Onun paltarlarının ümumi dəyəri 83 min dollar təşkil edirdi.
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO