Acun məşhur aktrisadan gözlərini çəkə bilmədi - FOTO
Bizi izləyin

Magazin2

Acun məşhur aktrisadan gözlərini çəkə bilmədi - FOTO

TV8 kanalının rəhbəri Acun Ilıcalı dünən keçirilən 45-ci “Altın Kelebek” mükafatlarının təqdimolunma mərasimində aktrisa Serenay Sarıkaydan gözlərini çəkə bilməyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Altın Kelebek” mükafatlarının təqdimolunma mərasimində “Ən yaxşı internet serialı” kateqoriyasında “Fi” mükafata layiq görülüb. Mükafatı almaq üçün serialın baş rol ifaçısı Serenay Sarıkaya anons edilərək səhnəyə dəvət edilib. Şeyma Subaşıdan qısa müddət əvvəl boşanan Acun Ilıcalının gözləri ilə Seranay Sarıkayanı müşayiət etməsi mərasimini izləyən tamaşaçıların diqqətindən qaçmayıb. Acunun Serenay Sarıkayaya baxışları sosial şəbəkədə də çox müzakirə olunub.

Xatırladaq ki, Acun 6 il vətəndaş nikahında yaşadığı, keçən ilin sentyabrında isə evləndiyi həyat yoldaşı Şeyma Subaşıdan ötən ay gözləniməz şəkildə ayrılmağa qərar verib. Cütlüyün boşanma səbəbi kimi Şeymanın Acuna xəyanət etməsi göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm