“Çukur”un məşhur aktyorunu Azərbaycanda belə qarşıladılar - - FOTOLAR
Bizi izləyin

Magazin2

“Çukur”un məşhur aktyorunu Azərbaycanda belə qarşıladılar - - FOTOLAR

"Çukur” serialında “Vartolu Saadettin” obrazını canlandıran aktyor Erkan Kolçak Köstendil Nizami Kino Mərkəzində monotamaşa ilə çıxış edib.

Publika.az xəbər verir ki, türkiyəli aktyor Nizami Kino Mərkəzində bir futbol qapıçısının hekayələrindən bəhs “12 Numaralı Adam” tamaşası ilə səhnəyə çıxıb. Monotamaşa (yalnız bir ifaçısı olan monoloq-tamaşa) 90 dəqiqə davam edib.

Aktyoru izləmələyə gələn izdiham arasında aktrisa Oksana Rəsulova və aparıcı Şəhriyar Əbilov da olub. Aktyorla şəkil çəkdirən Oksana Rəsulova bildirib ki, Ekran Kolçak Köstendil məharətinə və istadına heyran olduğu sevimli ulduzlarından biridir. Daha sonra o, türkiyəli ulduza hədiyyə təqdim edib.

Azərbaycanda “Vartolu Saadettin” obrazı ilə sevilən aktyor mətbuat nümayəndələrinə heç bir açıqlama verməyib. O, yerli media ilə nə tamaşa haqqında fikirlərini, nə də Bakı təəssüratlarını bölüşüb.

Təşkilatçıların sözlərinə görə, aktyorun rol aldığı "Çukur" serialının istehsalçı şirkəti ona müsahibə verməyə icazə vermir. Daha bir maraqlı məqam ondan ibarətdir ki, zala buraxılmazdan əvvəl tamaşaçılar tək-tək qeydə alınaraq onların mail adresi və telefon nömrələri götürülüb.

Nizami Kino Mərkəzindən bildirilib ki, bu, təşkilatçıların tapşırığıdır. Aktyorun Bakıya gəlişi səssiz-səmirsiz ötüşsə də, o, tamaşadan sonda onu izləməyə gələn azərbaycanlı pərəstişkarları ilə şəkil çəkdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm