Kraliça Meqan Marklı yüksək vəzifəyə təyin edəcək - FOTO
Bizi izləyin

Magazin2

Kraliça Meqan Marklı yüksək vəzifəyə təyin edəcək - FOTO

Kraliça II Yelizaveta 37 yaşlı gəlini Meqan Marklı kral patronu təyin etməyə hazırlaşır. II Yelizaveta bu barədə artıq gələn ilin əvvəlində - yanvar və ya fevral aylarında elan edəcək.

Publika.az qərb KİV-nə istinadən xəbər verir ki, Sasseksk hersoginyasının bu məsuliyyətli statusa təyin edilməsinin səbəbi bəlli deyil. Lakin çox güman ki, bu, onun təhsilə, sənətə və feminizmə marağı ilə bağlıdır. Ötən həftə Meqan və şahzadə Harri II Yelizaveta ilə görüşərək onun hansı təşkilatların hamisi ola biləcəyi haqqında müzakirələr aparıb. Bildirilir ki, Sasseksk hersoginyası ana olana qədər bir sıra xeyriyyə fondlarının və təşkilatların tədbirlərinə qatılaraq onlara himayədarlıq edəcək.

Kral ailəsi yüzlərlə xeyriyyə fondları, hərbi assosiasiyaları, idman, tibb və təhsil müəssisələri ilə əlaqələr saxlayır. II Yelizaveta özü də bu yaxınlaradək 600-dən çox təşkilatın hamisi olub. Lakin 2016-ci ildə o, bəzi səlahiyyətləri kral ailəsinin üzvlərinə verib.

Maraqlıdır ki, Keyt Middlton şahzadə Uilyamla evləndikdən bir il sonra kral patronu vəzifisənə təyin edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm