
1990-cı illərdə Sovet estradasının ulduzlarından olan, bəstəkar və pianoçu Kris Kelmi vəfat edib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı müsiqiçi Moskvaətrafındakı evində yeni ilin ilk günündə dünyasını dəyişib. Onun cəsədi morqa aparılıb.
Kelminin ölüm səbəbi dəqiq açıqlanmasa da, onun alkoqol asılılığından əziyyət çəkdiyi bildirilirdi.