Türkiyənin ən reytinqli tarixi serialı ilə bağlı ŞOK FAKTLAR: Azyaşlı aktyor dəfələrlə... - VİDEO
Bizi izləyin

Magazin2

Türkiyənin ən reytinqli tarixi serialı ilə bağlı ŞOK FAKTLAR: Azyaşlı aktyor dəfələrlə... - VİDEO

TRT-də yayımlanan “Diriliş Ertuğrul” serialının çəkiliş meydançasında azyaşlı aktyorun ssenari üzrə ağlaması üçün döyüldüyü iddia edilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşağın ayağına dəfələrlə vurulduğu irəli sürülüb. Bu barədə bütün reytiqnləri üstələyən serialın texniki heyəti “Patronların Ensesindeyiz Ağı” adlı internet saytına verdiyi müsahibədə danışıb. Onlar iş şəraitinə dair müxtəlif faktlar ortaya atıb. Adının gizli qalmasını istəyən bir işçi etiraf edib ki, uşaq aktyor ssenari üzrə ağlasın deyə ayağına dəfələrlə döyüldüyünə şahid olub. Maaşlarının gecikdiyini və bəzən 12 saat yemək yemədən işlədiklərini iddia edən texniki heyət uşaqlara göstərilən fiziki şiddəti haqqında bunları deyib:

“Bu uşaq səhər bizimlə çəkilişə gəlib setdən bizimlə birlikdən gedirdi. Orta hesabla 12-13 saat işləyirdi. Normal halda uşaqların olduğu setdə pedaqoqlar olmalıdır, amma buna əməl olunmadı. İş şərtləri ilə bağlı şikayət etdiyimiz zaman "Onsuz da digər çəkilişlərlə müqayisədə iş saatları azdır, daha nə istəyirsiniz" kimi sözlər eşitdik".

Qonorarların tez-tez gecikdiyini və maddi sıxıntıları olduğunu qeyd edən işçilər qeyri-sağlam şəraitdə işləməyə məcbur edildiklərini bildirib:

"İzləyənlər görəcək, səhnələr meşə sahələrində baş tutur və çəkiliş əsnasında qızdırıcı heç nə yoxdur. Bununla məşğul olan komanda yoxdur. Öz imkanlarımızla odun toplayıb yandırırdıq, gecə evimizə gedəndə, üst-başımızdan hiss-pas iyi gəlirdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm