Ebru Gündeş: “Ana olmağa vaxtım yoxdur”
Bizi izləyin

Magazin2

Ebru Gündeş: “Ana olmağa vaxtım yoxdur”

Hamilə olduğu deyilən türkiyəli müğənni Ebru Gündeş xəbəri inkar edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənninin 7 yaşlı qızı Alara Zərrab və iki dostu ilə birlikdə Ümrə ziyarətinə gedib. 5 illik səssizliyini “Aşık” adlı yeni albomu ilə pozan Ebru Gündeş müqəddəs torpaqlara yollanıb. Özəl təyyarə ilə Mədinəyə uçan müğənni daha sonra Məkkəyə gedib. Məkkədə dini vəzifələrini yerinə yetirən Ebru bazar günü Türkiyəyə qayıdıb.

Ard-arda 57 konsert müqaviləsi olduğunu deyən sənətçi bu vəziyyətdə doğuşa vaxtının olmadığını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm