Arda Turanın həyat yoldaşı sirləri açdı: “Fasilə vermədən 4 uşaq dünyaya gətirəcəyəm"
Bizi izləyin

Magazin2

Arda Turanın həyat yoldaşı sirləri açdı: “Fasilə vermədən 4 uşaq dünyaya gətirəcəyəm"

"Bizi birlikdə saxlayan qarşılıqlı məhəbbət və ehtirasdır".

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Arda Turanın həyat yoldaşı Aslıhan Doğan ana olduqdan sonra ilk dəfə “Şamdan Plus” jurnalına verdiyi müsahibədə deyib. Obyektiv qarşısına keçən Aslıhan Doğan həyat yoldaşı və evliliyi ilə bağlı səmimi açıqlamalar verib:

“Saf, aldadılan və bunlara susan qadın mövqeyində qalan kimi təsvir edildim, amma belə şeylər yoxdur. Ardaya inanmasaydım, ya da Arda mənə inanmasaydı, bu evlilik heç vaxt reallaşmazdı. İnsanların Ardanın “şorgöz” olması haqqında dedikləri məni maraqlandırmır. Ərimin nəyi edib, nəyi etmədiyini hamıdan yaxşı bilirəm. Bizi evliliyə aparan, evliliyimizi bitməyə qoymayan və evlilik ərəfəsində ayrılmağımıza baxmayaraq təkrar bir araya gətirən eşqdir. Altından xətt çəkərək demək istəyirəm ki, bizi birlikdə saxlayan qarşılıqlı məhəbbət və ehtirasdır.

Biz evlənməzdən əvvəl Arda deyərdi ki, bir gün bir övladımız olsa, Həzrət Həmzəyə görə adını Həmzə qoyacağam. Arda ilə ilk görüşdüyümüz aylarda ona dedim ki, 4-5 uşaq istəyirəm. O da "O zaman çox işləməliyəm" deyə cavab verdi. Həmzəni qucağımıza aldıq, amma yenə övlad istəyirik. 2-ci 3-cü, Allah nəsib edərsə 4-cü uşağı fasilə vermədən dünyaya gətirməyi planlaşdırmışıq. Arda çox əliaçıq insandır. Həm də yaxşı qazancı var. Mən həyat yoldaşıyam, mənə bahalı hədiyyə almasından daha təbii nə ola bilər ki?”

Məlumat üçün bildirək ki, Arda Turan həyat yoldaşına doğum hədiyyəsi olaraq 2 milyon lirə dəyərində lüks avtomobil hədiyyə edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm