Məşhur musiqiçidən təhqiramiz açıqlama: “Dünya əhalisinin 80 faizi idiotdur”
Bizi izləyin

Magazin2

Məşhur musiqiçidən təhqiramiz açıqlama: “Dünya əhalisinin 80 faizi idiotdur”

Rusiyalı musiqiçi Andrey Makareviçin “Dünya əhalisinin 80 faizi idiotdur” sözləri ölkədə qalmaqal yaradıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Машина времени" qrupunun rəhbəri Andrey Makareviç Rusiya Dövlət Dumasının komitə yanında mədəniyyət üzrə ictimai şurada işləri barədə təəssüratlarını bölüşüb. Musiqiçi “Lenta.ru”ya verdiyi müsahibəsində etiraf edib ki, ilk iclas onda ölkədəki dəyişikliklər barədə ümid yaradıb.

Musiqiçinin sözlərinə görə, o," televizorda qışqırmaq" istisna olmaqla digər qadağaların əleyhinə çıxış edir. "Ümumiyyətlə, Dünya əhalisinin 80 faizi səfehdir. Bunu fakt kimi qəbul etmək lazımdır" , - deyə Makareviç əlavə edib. Musiqiçi onu da bildirib ki, özünü yerdə qalan iyirmi faizə daxil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm