"Oskar 2019"un qalibləri məlum oldu - SİYAHI/FOTO
Bizi izləyin

Magazin2

"Oskar 2019"un qalibləri məlum oldu - SİYAHI/FOTO

Amerika Kino İncəsənət və Elmləri Akademiyasının 91-ci mükafatlandırma mərasimi başa çatıb – “Oskar 2019” laureatları dünən gecə Los-Ancelesdə elan edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ilin ən yaxşı filmi Peter Farrelin “Yaşıl kitab” əsəri olub.

Qaliblərin tam siyahısı belədir:

Ən yaxşı film – “Yaşıl Kitab”, rejissor Peter Farrell

Ən yaxşı rejissor - Alfonso Kuaron, "Roma"

Ən yaxşı aktyor - Rami Malek, “Bohemian Rapsodiyası”

Ən yaxşı aktrisa - Olivia Koleman, “Sevimli”

İkinci planda ən yaxşı aktyor - Maherşala Ali, “Yaşıl Kitab”

İkinci planda ən yaxşı aktrisa Recina Kinq, "Əgər Bil küçəsi danışa bilsəydi"

Ən yaxşı ssenari - "Qara Klanoveç", Spayk Li, Çarli Vaçtel, David Rabinoviç, Kevin Uillmott

Ən yaxşı orijinal ssenari - "Yaşıl Kitab", Peter Farrelli, Nik Vallelonge, Bryan Karri

Xarici dildə ən yaxşı film - "Roma", Alfonso Kuaron, Meksika

Ən yaxşı animasiya filmi – “Spiderman: Kainat”

Ən yaxşı qısa animasiya filmi - "Bao"

Ən yaxşı operator işi - "Roma" (Roma), Alfonso Kuaron

Ən yaxşı montaj - "Bohemian Rapsodiyası", Con Ottman

Ən yaxşı kostyum dizaynı – “Qara Pantera”, Rut E. Karter

Ən yaxşı sənət rejissoru işi - "Qara Pantera" , Hanna Biçler, Cey Hart

Ən yaxşı vizual effektlər - "Ayda İnsan"

Ən yaxşı makiyaj və saç düzümü - "Hakimiyyət" Qres Kann, Keyt Bisko və Patrisiya Dehani

Ən yaxşı sənədli film - "Tək yüksəliş"

Ən yaxşı sənədli qısa film - "Nöqtə. Cümlənin sonu", rejissor Raika Zektabçi

Ən yaxşı bəstəkar - "Qara Pantera", Ludviq Yoransson

Ən yaxşı mahnı – “Ulduz doğuldu” , Ledi Qaqa

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm