Müğənni milyonluq xəz aldı - FOTO
Bizi izləyin

Magazin2

Müğənni milyonluq xəz aldı - FOTO

Heyvansevərlərin kəskin tənqidlərindən sonra təbii kürkdən bir müddət imtina edən Bülent Ersoy dəyəri 500 min Tl olan xəz alıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni “Çox xəstələnirəm, zökəm oluram” deyərək kürkləri yenidən geyinməyə başlayıb. Xəz kolleksiyasını hər il yeniləyən Bülent Ersoy son olaraq ağ rəngdə uzun bir kürk alıb. Ersoyun aldığı ağ xəzin qiyməti 150 min Tl-dir. Xəzin ağırlığından dolayı gəzməkdə çətinlik çəkən ulduz taksiyə minərkən jurnalistlərdən kömək istəyib.

O da məlum olub ki, primadonna bu yaxınlarda bir mağazadan yarım milyonluq - 500 min TL-lik xəz sifariş verib. Mağaza diva üçün xaricdən 10 ədəd xüsusi xəz gətizdirib. Ersoy bu xəzlərdən 3-nü bəyənərək alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm