Evlənməyə hazırlaşan məşhur cütlükdən daha bir ŞAD XƏBƏR
Bizi izləyin

Magazin2

Evlənməyə hazırlaşan məşhur cütlükdən daha bir ŞAD XƏBƏR

İddialara görə, aktrisa Aslı Enver ilə müğənni Murad Boz evlənməyə hazırlaşır.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz cütlük eyni zamanda duet oxumağa qərar verib. Murad Boz ötən illərdə verdiyi açıqlamada Aslının səsinə heyranlığını gizlətməmişdi. Aslı sevgilisinin yeni albomundakı sevgi mahnısını birlikdə səsləndirmək üçün artıq studiyada hazırlıqlara başlayıb.

Xatırladaq ki, Aslı Enver baş rolda oynadığı “İstanbullu gəlin” serialında da mütəmadi olaraq mahnılar oxuyur.

Qeyd edək ki, 2016-cı ildə görüşməyə başlayan aktrisa ilə müğənni bir neçə dəfə ayrılsa da, yenidən barışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm