Anasını xərçəngdən itirən aktrisa: “Dərin dərdi yaşayaraq...”
Bizi izləyin

Magazin2

Anasını xərçəngdən itirən aktrisa: “Dərin dərdi yaşayaraq...”

Yanvar ayında anası xərçəngdən vəfat edən aktrisa Hande Erçel çətin günlərindən danışıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa “Maria Claire” jurnalının mart sayına müsahibə verib. Hande Erçel ilk dəfə yanvar ayında vəfat edən anası haqqında danışıb.

Yaşadığı çətin günlərin öhdəsindən gəlməyə çalışdığını deyən Erçel "Əlbəttə ki, danışmağa üstünlük vermirəm. Lakin heç bir şey deməmək də yox saymaq təsiri bağışlayır. Günlərim içimdəki dərin dərdi yaşayaraq və bununla yaşamağı öyrənməyə çalışaraq keçir. İşləyərək həyata bağlanıram. Və təbii ki, ən böyük dəstəyim atamla bacımdır. İzaholunmaz bir duyğu və bir dərddir, Allah heç kəsə yaşatmasın. Çox darıxıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm